Ötən il bədxassəli şiş aşkarlanan gənclərin sayı artıb

Ötən il 393 gəncdə (14-29 yaş) bədxassəli şiş aşkarlanıb. SİA xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin "Azərbaycan gəncləri" məcmuəsində öz əksini tapıb.

Məlumata əsasən, onlardan 189-u kişilər, 204-ü isə qadınlardır.

2023-cü ildə isə bədxassəli şiş aşkarlanan gənclərin sayı 296 nəfər olub.

2024-cü ildə 14-17 yaşlı 70 gəncdə (2023-cü ildə 48 nəfər), 18-29 yaşlı isə 323 gəncdə (2023-cü ildə 248 nəfər) bədxassəli şiş aşkarlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə