...Yataq otağındakı hava istiliyinin yuxunun keyfiyyətinə necə təsir etdiyi izah ediilib. Məlum olub ki, keyfiyyətli istirahət üçün optimal göstəricilər var.
SİA xəbər verir ki, bu sahə üzrə mütəxxəssisin sözlərinə görə, otaqda çox yüksək və çox aşağı temperatur yuxunu pisləşdirir.
Onun sözlərinə görə, 18-22 dərəcə hava istiliyində yuxuya getmək idealdır. Belə şəraitdə yuxu ən sağlam olacaq: orqanizm sürətlə dərin yuxu mərhələsinə keçir.
Eyni zamanda, yüksək temperaturda insanın ürək ritmi pozulur, tərləmə artır və 16 dərəcədən aşağı olan dəyərlərdə yuxuya getmək çətinləşir, çünki istiləşmə üçün enerji lazımdır.
Eyni zamanda, həkim artıq yuxu pozğunluğundan əziyyət çəkən insanlara 17-19 dərəcə temperaturda yatmağı tövsiyə edib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə