Yeni araşdırma göstərir ki, D vitamini həqiqətən gəncliyi uzadır...

...Mass General Brigham Hospital və Corciya Tibb Kollecinin mütəxəssisləri tərəfindən aparılan son araşdırma D vitamininin bioloji qocalma prosesini ləngidə biləcəyini göstərdi.

SİA-nın məlumatına görə, təcrübənin nəticələri ilə bağlı məqalə American Journal of Clinical Nutrition jurnalında dərc olunub.

Alimlər izah ediblər ki, bu effekt telomerlər – DNT-ni zədələnmədən qoruyan xromosomların uclarında bir növ “qapaqlar” sayəsində əldə edilir.

Hər hüceyrə bölünməsi ilə telomerlər qısalır və bu proses yaşa bağlı dəyişikliklər və xərçəng də daxil olmaqla xəstəliklərin inkişafı ilə birbaşa bağlıdır.

Tədqiqatda yaşı 50-dən yuxarı olan 1054 insan iştirak edib. Bir qrupa vitamin D3, digərinə - omeqa-3, üçüncü qrupa isə plasebo verilib.

Telomer uzunluğu beş il ərzində bir neçə dəfə ölçüldü. Məlum olub ki, D vitamini qəbul edən iştirakçılarda telomerlər daha yavaş azalıb.

Təsiri o qədər nəzərə çarpırdı ki, elm adamları bunu təxminən üç il "qocalmanı yavaşlatma" ilə müqayisə etdilər.

Omeqa-3-ün bu prosesə heç bir təsiri olmadı.

Tədqiqatın müəlliflərindən biri olan doktor Coan Manson qeyd edib ki, D vitamini təkcə hüceyrələrin qocalmasını ləngidə bilməz, həm də yaşla bağlı xəstəliklərin riskini azalda bilər və bu, xüsusilə yaşlı insanlar üçün dəyərlidir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə