15 avqust 2025-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında saat 15:00-da “Diabetik ketoasidoz” mövzusunda seminar həyata keçiriləcəkdir.
Seminarda Mərkəzi Gömrük Hospitalının həkim-endokrinoloqu Şəbnəm Əlirzayeva geniş təqdimatla çıxış edəcək və auditoriyanı maraqlandıran sualları cavablandıracaq.
Seminar bütün ixtisaslı həkimlər və rezidentlər üçün nəzərdə tutulmuşdur. Seminarda iştirak ödənişsizdir və qeydiyyatdan keçmək mütləqdir!
Seminarda iştirak üçün 051 232 66 64 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Bütün xəbərlər Facebook səhifəmizdə