“Həkimlərimizi tanıyın!” rubrikasında dr.Emin Hacıbalayevi təqdim edirik

Dr.EminHacıbalayev Mərkəzi Gömrük Hospitalında elektrokardioqramma, Holter monitorinqi, Fiziki yük sınağı (Stress test), Exokardioqrafiya, Transezofagial exo (TEE), Stress Exokardioqrafiya, Ambulator qan təzyiqi monitorizasiyası, Kardioversiya, Müvəqqəti süni ritm aparıcısı (Pacemaker) tətbiqi, İntraaortik balon pompası tətbiqi. Koronar angioqrafiya, PTKA (Perkutan trans luminal angioplastika), Yüksək riskli PTKA və stent tətbiqi, Xroniki total okkluziyalarda PTKA və stent, Ürək boşluqlarının kateterizasiyası, Döş qəfəsi və qarın aortaqrafiyası, Koronar angioqrafiya + bypass kontrolu, Periferik angioqrafiya, Renal angioqrafiya və Aortaqrafiya.Perikardiosintez prosedurlarını həyata keçirir. SİA xəbər verir ki, həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/emin-hacibalayev.

Dr.Emin Hacıbalayev 2009-cu ildə Azərbycan Tibb Universitetinin Müalicə profilaktika fakültəsini bitirdikdən sonra – 2009-2010-cu illərdə Daxili İşlər Nazirliyinin Arif Heydərov adına Hospitalının Kardiologiya şöbəsində internatura keçmiş, 2010–2013-cü illərdə Rusiya Federasiyası, Moskva şəhərində yerləşən N.A. Bakulyov adına Ürək-damar cərrahiyyəsi üzrə Milli Tibbi Tədqiqat Mərkəzinin Angioqrafiya şöbəsində həkim-ordinator kimi çalışıb və invaziv kardiologiya sahəsində sertifikatla təltif olunub. 2012-ci ildə isə elə orada Kardio-cərrahi müdaxilələrdən sonra “Təcili kompleks USM diaqnostikası” kursunu müvəffəqiyyətlə bitirib.

Kardiologiyanın bütün sahələrində iş təcrübəsinə malikdir. Dr.Emin Hacıbalayev 2014-cü ildən Mərkəzi Gömrük Hospitalında invaziv kardioloq işləyir. Dr.Emin Hacıbalayev dünya mətbuatını daim izləyir, öz sahəsinə aid olan son nailiyyətləri toplayaraq təcrübəsini zənginləşdirir. Belə ki, tibbin son nailiyyətləri olan Ürəyin koronar damarlarının angioqrafiyası, balon angioqrafiya, aorta-koronar şuntlama, by-pass kontrol (şuntoqrafiya, balon angioplastika və stendləmə), periferik damarların angioqrafiyası (renal, aşağı və yuxarı ətrafların angioqrafiyası və müvəqqəti pacemakerin qoyulması) kimi mürəkkəb invaziv müdaxilələr həyata keçirir.

Dr.Emin Hacıbalayev 2019-cu ildə Azərbaycan Kardiologiya Cəmiyyətinin Bakıda keçirilən VIII Milli konqresində, 2022-ci ildə Türkiyə Kardiologiya Cəmiyyətinin təşkilatçılığı ilə Türkiyənin Antalya şəhərində keçirilən 38-ci Beynəlxalq Kardioloji konqresdə, 2023-cü ildə Türkiyənin İstanbul şəhərində Azərbaycan Kardiologiya Cəmiyyətinin “Besan” MMC və “Boston Scientific” şirkətlərinin birgə əməkdaşlığı əsasında keçirilən “Ürəyin damardaxili ultrasəs müayinəsi” ilə bağlı ana koronar & bifurkasiya: Rota Pro, Synergy/Megatron təlimində iştirak etmişdir.

Azərbaycan Kardiologiya Cəmiyyətinin və Avropa Kardiologiya Cəmiyyətinin üzvüdür. Dr. Emin Hacıbalayevin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

Bütün xəbərlər Facebook səhifəmizdə