...Qaraciyəri iltihabdan qorumaq üçün yalnız alkoqoldan imtina etmək deyil, həm də antioksidantlarla zəngin qidaları - çay və yarpaqlı göyərtiləri pəhrizə daxil etmək lazımdır.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Terra-ya müsahibəsində diyetoloq Sandro Ferraz deyib.
Ekspertin sözlərinə görə, qidalanma qaraciyərin sağlamlığına ciddi təsir edir.
Doktor Ferraz qeyd edir ki, “...doymuş yağların və spirtin istehlakını məhdudlaşdırmaq lazımdır - onun artıqlığı sirroza səbəb ola bilər. Bunun əvəzinə daha çox su içməli, çəkinizə diqqət yetirməli və menyunuza antioksidantlarla zəngin qidaları - yaşıl yarpaqlı tərəvəzləri, qırmızı pomidorları, meyvələri və çayı daxil etməlisiniz”.
Dietoloq xatırladıb ki, qaraciyər piylənmədən əziyyət çəkə bilər. Erkən mərhələlərdə xəstəlik asemptomatikdir, lakin irəlilədikcə sağ hipokondriyumda ağırlıq, zəiflik, iştahsızlıq, ürəkbulanma və ağrılar görünə bilər.
Mütəxəssis qeyd edib ki, orqanın normal fəaliyyəti üçün qidalanma ilə yanaşı, müntəzəm fiziki fəaliyyət də vacibdir. O, həmçinin xatırladıb ki, qaraciyər xəstəliklərinin qarşısını almaq üçün öz-özünə dərmanlardan uzaq durmaq, vaxtında hepatit peyvəndi etmək, qanda şəkərin səviyyəsinə nəzarət etmək və mütəmadi müayinələrdən keçmək məqsədəuyğundur.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə