Xəstələr yaxın aylarda xərçəng peyvəndi almağa başlaya bilər...

...Qamaleya Mərkəzi yalnız vaksinin istehsalı ilə məşğuldur, o, Herzen İnstitutuna və Bloxin Onkoloji Mərkəzinə veriləcək.

SİA-nın məlumatına görə, Ginzburq bildirib ki, yeni peyvənd digər ölkələrdə də maraq doğurur.

Qamaleya Milli Epidemiologiya və Mikrobiologiya Araşdırma Mərkəzinin rəhbəri Aleksandr Ginzburq bildirib ki, ilk xəstələr yaxın aylarda fərdiləşdirilmiş Rusiya xərçəng peyvəndi ilə müalicə almağa başlaya bilərlər.

Səhiyyə Nazirliyi ilə razılaşdırılmış plana əsasən, yaxın aylarda neoantigenlər əsasında yaradılmış xərçəng peyvəndi eksperimental rejimdə bir qrup melanoma xəstəsinə vurulacaq.

Ginzburq, RİA Novosti-yə müsahibəsində, Qamaleya Mərkəzinin yalnız Herzen İnstitutuna və Bloxin Onkoloji Mərkəzinə veriləcək vaksinin istehsalı ilə məşğul olduğunu açıqlayıb.

Mütəxəssis qeyd edib ki, konkret xəstənin şəxsi genetik məlumatları əsasında yaradılmış bu dərmanın reqlamenti bütün digər dərmanların reqlamentindən əsaslı şəkildə fərqlənir.

Peyvənd yalnız bu xəstəyə tətbiq oluna bilər, başqa heç kimə. Bununla bağlı Rusiya hökuməti ilin əvvəlində müvafiq fərman verib.

Ginzburq bildirib ki, yeni peyvənd başqa ölkələrdə də maraq doğurur və ümumilikdə 10-a yaxın məktub daxil olub.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə