Şişin böyüməsini yavaşlatmağın sadə yolu tapıldı...

Hətta bir məşq şiş böyüməsini yavaşlatan prosesləri tətikləyə bilir. Edit Couen Universitetinin tədqiqatçıları döş xərçəngi olan qadınların orqanizminə fiziki fəaliyyətin təsirini öyrəndikdən sonra belə nəticəyə gəliblər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Breast Cancer Research and Treatment jurnalında yazılıb.

Alimlər müəyyən ediblər ki, yalnız bir seans güc məşqi və ya yüksək intensivlikli interval məşqləri şiş əleyhinə xüsusiyyətlərə malik olan əzələlər tərəfindən ifraz olunan miyokinlərin, zülalların səviyyəsini əhəmiyyətli dərəcədə artırır.

Onların böyüməsi xərçəng hüceyrələrinin aktivliyinin 20-30 faiz azalması ilə müşayiət olundu. Əvvəllər oxşar təsir yalnız sağlam insanlarda qeydə alınırdı, lakin indi sübut edilmişdir ki, hətta ağır müalicədən sonra da orqanizm qoruyucu molekullar istehsal edərək fiziki stressə cavab vermək qabiliyyətini saxlayır.

Komanda daha sonra Journal of Cancer Survivorship jurnalında dərc olunan bir araşdırma aparıb. O göstərib ki, yağ kütləsini azaltmağa və əzələ qurmağa kömək edən müntəzəm məşq iltihabı azaldır - xərçəngin təkrarlanması və inkişafında əsas amildir.

İdman etmədən sürətli arıqlamaq isə eyni effekti vermir. Aprel ayında məlum oldu ki, axşam məşqləri yuxuya mane ola bilər.

Yatmazdan dörd saatdan az müddətdə intensiv fiziki fəaliyyətlə məşğul olsanız, yuxu xüsusilə pozulur.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə