...Rusiyalı onkoloq ömrü necə uzatmağı izah edib.
SİA-nın məlumatına görə, o, aif.ru ilə söhbətində bunun yollarını adlandırıb.
O, orqanizmin tənəzzülünü təbii proses adlandırıb, lakin uzunömürlülük üzrə dünya çempionlarının - yaponların necə yaşadıqlarına baxmağı təklif edib.
...Deyə bilərsiniz ki, bu, genetikadır, lakin daha çox təsir edən qidalanma, həyat tərzi və yaxşı müalicədir. Bütün bu komponentlər bir araya gəldikdə, insan daha uzun yaşayır.
Həkim xatırladıb ki, təkcə orqanizmin sağlamlığına deyil, həm də emosional vəziyyətinə nəzarət etmək lazımdır. ...İnsanın daxilində qurulmuş bir həyat proqramı var - 125 ildən çox deyil. Hər şey sönməyə başlayır, bu təbiidir.
Onkoloq onu da əlavə edib ki, hətta uzunömürlülərin çoxu bu yaşa qədər yaşamır.
Daha əvvəl Anxanqera kollecində tibb bacısı proqramının koordinatoru Elisanqela Bittenkurt kişilərdə hansı qidaların prostat xərçəngi riskini artırdığını və hansının azaldığını söyləyib. Onun sözlərinə görə, meyvə, tərəvəz və heyvan yağları az olan qidalarla zəngin pəhriz, müntəzəm idmanla birlikdə bu xəstəliyin qarşısını alır...
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə