Yatmadan əvvəl istehlak edilə bilən və edilməməli olan qidaların siyahısı dərc edilib.
SİA xəbər verir ki, siyahının müəllifi olan həkimin sözlərinə görə, axşam saatlarında tərkibində kofein olan məhsulları yeməmək məsləhətdir.
...Burada söhbət təkcə qəhvədən getmir. Bunlar çay, şokolad və bəzi ağrıkəsicilərdir, məsələn, tərkibində kofein olan sitramon...
Həkim əlavə edib ki, şirin karbohidratlar da qadağandır. ...Bunlar yuxunun əsl düşmənləridir. Onların istifadəsi orqanizmdə qlükozanı artırır, bu da orqanizmin insulin istehsal etməyə başlamasına səbəb olur. Nəticədə gecələr şəkərin səviyyəsi aşağı düşür və siz oyanırsınız.
Siyahıya yağlı və ağır qidalar da daxildir.
...Bu, mədə-bağırsaq traktına böyük yükdür. Orqanizm yatmaq əvəzinə, bu yeməyi həzm etmək üçün çoxlu enerji sərf edir. Fast food, qızardılmış ət, ədviyyatlı və yağlı qidalar xüsusilə arzuolunmazdır.
Həkim, yatmazdan əvvəl yuxu hormonu olan melatoninin əmələ gəlməsinə kömək edən amin turşusu olan triptofanla zəngin qidalar yeməyi tövsiyə edib: hinduşka, kəsmik, banan, qoz-fındıq, yumurta, şəkərsiz qatıq, kərəviz...
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə