İsti yay günlərində açıq havada qidalanma necə olmalıdır? - VİDEO

Mərkəzi Gömrük Hospitalının terapevti, həkim-terapevt Xumar Novruzova AZTV-nin populyar “TeleSəhər” proqramına “İsti yay günlərində açıq havada qidalanma” mövzusunda müsahibə verib və yay mövsümündə sağlam həyat tərzinin qorunmasına dair vacib məqamlara toxunub. SİA xəbər verir ki, müsahibə zamanı dr. Xumar Novruzova yay aylarında xüsusilə açıq havada, dəniz kənarında və çimərliklərdə düzgün və təhlükəsiz qidalanmanın vacibliyini vurğulayıb. O bildirib ki, isti hava şəraitində qida məhsullarının tez xarab olması və düzgün saxlanmaması ciddi qida zəhərlənmələrinə səbəb ola bilər. Bu baxımdan, çimərliklərə aparılan qidaların seçimi, saxlanma şəraiti və istehlak vaxtı olduqca böyük əhəmiyyət daşıyır.

Dr. Xumar Novruzova, eyni zamanda, günəş şüalarının təsiri altında bəzi qidaların toksiki xüsusiyyət ala biləcəyini və qida zəhərlənməsi hallarının yay aylarında daha geniş yayıldığını xüsusi vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə