Azərbaycan və Çin səhiyyə sahəsində gələcək inkişaf perspektivlərini müzakirə edib
Azərbaycan və Çin səhiyyə sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivlərini müzakirə edib. SİA xəbər verir ki, səhiyyə naziri Teymur Musayevlə Çinin Azərbaycandakı səfiri Lu Mey arasında görüş zamanı tibb təhsili, elmi-tədqiqat fəaliyyətləri, əczaçılıq, innovativ texnologiyaların tətbiqi və digər maraq doğuran istiqamətlərdə birgə əməkdaşlıq imkanları müzakirə edilib.
Nazir iki ölkə rəhbərlərinin səyləri nəticəsində Azərbaycan-Çin münasibətlərinin dinamik inkişaf etdiyini vurğulayıb:
"Dövlət başçılarının imzaladığı “Azərbaycanla Çin arasında hərtərəfli strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat” iki ölkə arasındakı münasibətləri daha yüksək səviyyəyə qaldırıb".
Teymur Musayev iki ölkdə arasında strateji tərəfdaşlığın bir çox istiqamətləri əhatə etdiyini diqqətə çatdıraraq, səhiyyə sahəsində əməkdaşlığın da bu kontekstdə xüsusi önəm daşıdığını qeyd edib.
Səfir ölkələr arasında səhiyyə sahəsində birgə təşəbbüslərin bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə