Təbabətin ən ali məqsədi yalnız xəstəni sağaltmaq deyil, eyni zamanda ona ümid vermək, həyatına dəyər qatmaqdır. Mərkəzi Gömrük Hospitalının peşəkar həkimləri və fədakar tibb heyəti bu missiyanı hər gün ləyaqətlə yerinə yetirir.
Bir pasiyentin qız övladı Lalə Məmmədova tərəfindən yazılmış səmimi təşəkkür məktubunu Sizə təqdim edirik. “Hippokrat, təbabətin ən məşhurlarından biri, yunan həkimi:
-Həkim soyuqqanlı, xoşxasiyyət və insanpərvər olmalıdır. O, xəstə üçün ata, sağalmaqda olan insan üçün muhafizəçi, sağlam şəxs üçün dost olmalıdır. O, xəstənin sağalmağa olan ümidini hər an dəstəkləməlidir.
İLQAR TAHİROĞLU-şöbə rəisi, invaziv kardioloq
Hörmətli Mərkəzi Gömrük Hospitalı,
Atama ikinci həyat bəxş etdiyiniz üçün sizə qız övladı olaraq dərin təşəkkürümü bildirirəm. Atalar başımız üzərində parlayan ən parlaq ulduzdur. O, ulduzu sönməyə qoymayan peşəkar həkim İlqar bəyə və mehriban komandasına daim minnətdarıq. Ümid həyatın sərmayəsidir, ürək isə öz dostunu tanıyar deyib atalar..
İyul ayında atam Məmmədov Eynulla Seyid oğlu ürək stent əməliyyatı keçirdi. Ağır fəsadlarla xəstəxanaya müraciət edən yaşlı atamı İlqar həkimin şəfalı əlləri xilas etdi. İlk abzasda Hippokratdan sitat gətirməkdə məqsədim məhz bu peşəni şərəflə yerinə yetirən peşəkar həkimlərimizlə bağlıdır.
Mərkəzi Gömrük Hospitalının başda rəhbər heyəti olmaqla, ayrı-ayrılıqda göstərdikləri yüksək və keyfiyyətli xidmətə görə çox sağ olun deyirik. Çoxnövbəli və məsuliyyətli iş şəraitinə baxmayaraq gülərüzlülük və operativlik göstərən qeydiyyatçılara, tibb bacılarına,mühafizəçilərə, porter xidməti göstərən mədəni və gülərüz tibb qardaşlarına, təmizləyicilərə və ümumiyyətlə bütün personala sonsuz minnətdarlıq hissi içindəyik. Minlərlə xəstənin ümid yeri,sönməz çırağı olan şəfa evi yaxşı ki varsınız!
Çox hörmətli İlqar həkim, Rəşad həkim yaradan sizi bizlərə çox görməsin. İyul ayının sonu atama növbəti stent qoyulacaq və biz yenə o qapını döyəcəyik. Yenə böyük ümid və rahatlıq hissi ilə. Çünki doğru ünvandayıq...Allah valideyinlərimizi bizlərə çox görməsin. Təşəkkür etməyi borc bildik, sizlərə sevgilərlə, Mərkəzi Gömrük Hospitalı”.
Pasiyentin övladı Lalə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə