Yumurta ürək üçün zərərli deyilmiş...

...Cənubi Avstraliya Universitetindən The American Journal of Clinical Nutrition (AJCN) jurnalında dərc edilən yeni bir araşdırma, yumurtanın ürək üçün zərərli olduğuna dair uzun müddətdir mövcud olan inamı rədd edib.

SİA-nın məlumatına görə, alimlər qida xolesterolu və doymuş yağların aşağı sıxlıqlı lipoproteinlərin (LDL) - "pis" xolesterolun səviyyəsinə təsirini təhlil ediblər.

Tədqiqat yüksək xolesterollu, az doymuş yağlı pəhrizin bir hissəsi olaraq gündə ikiyə qədər yumurta yeyən iştirakçıların pəhriz və sağlamlıq məlumatlarından istifadə edib.

Müşahidə göstərib ki, bu pəhriz LDL-nin artmasına səbəb olmayıb və ürək-damar xəstəlikləri riskini artırmayıb.

Alimlər müəyyən ediblər ki, xolesterolu artıran əsas amil yumurtanın tərkibindəki xolesterin deyil, artıq doymuş yağlardır. Bu, müəyyən edilmiş tövsiyələrin yenidən nəzərdən keçirilməsinə ehtiyac ola biləcəyini göstərir və pəhriz ümumiyyətlə balanslaşdırılmış və doymuş yağ məhdud olduğu müddətcə ürəyə mənfi təsir göstərmədən yumurta yeyilə biləcəyini göstərir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə