“Kəskin Koronar Sindromun menecmenti” mövzusunda seminar həyata keçirilib

11 iyul 2025-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında “Kəskin Koronar sindromun menecmenti” mövzusunda seminar həyata keçirilib. SİA xəbər verir ki, seminarda Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmail Əfəndiyev rezidentləri salamlayaraq mövzunun aktuallığına dair fikirlərini bölüşüb və auditoriyanı aktiv iştirakçılığa dəvət edib.

Daha sonra Mərkəzi Gömrük Hospitalının rəis müavini, kardioloq Nabil Seyidov geniş təqdimatla çıxış edib. Təqdimat zamanı Nabil Seyidov Amerika Kardiologiya Assosiasiyası, Amerika Kardiologiya Cəmiyyəti və digər mötəbər tibbi cəmiyyətlərin yeni tövsiyələri, 2025-ci ildə dərc olunmuş elm naliyyətlər və yeni texnologiyalar barədə geniş məlumat verib və rezidentlərin suallarını cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə