Pis hava özünü pis hiss etməyin mümkün səbəblərindən biri ola bilər..?
...Buludlu hava insanda depressiyaya səbəb ola bilər.
SİA-nın məlumatına görə, bu barədə danışan ekspertin fikrincə, hava şəraiti özünü pis hiss etməyin mümkün səbəblərindən biridir.
Bunun özünü necə göstərə biləcəyi fərdi keyfiyyətlərdən, mövsümi dəyişikliklərin qavranışından, həmçinin psixo-emosional vəziyyətdən asılıdır.
…Bir çox insanlar buludlu, boz havanı enerjinin azalması, apatiya və yuxululuq ilə əlaqələndirirlər. Bu, bioloji səbəblərlə bağlıdır. Günəş işığının miqdarı azalır, bu da öz növbəsində serotonin (əhvalla əlaqəli neyrotransmitter. – A.B.) istehsalını azaldır və sirkadiyalı ritmləri pozur.
Ekspert qeyd edir ki, mövsümi “heç nə etmək istəməmə” daha çox payız və qış aylarında baş verir.
Bu vəziyyət əhval-ruhiyyənin dəyişməsi, yuxu problemləri, aktivliyin azalması və karbohidrat istəkləri ilə xarakterizə olunur.
Amma bu hər kəsə nəsib olmur.
Bəziləri, əksinə, yağışı romantikləşdirə və onu rahat bir şey kimi yaşaya bilər. Belə insanlar bu mühitdə sağalmağı daha rahat görürlər.
…Yağış daxili proseslər üçün yer açaraq xarici stimullaşdırmanı azalda bilər..?
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə