“Keşlə” bazarında istehlaka yararsız 800 kq-a yaxın balıq məhsulu aşkarlanıb - FOTOLAR
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhərində fəaliyyət göstərən “Keşlə” bazarında yoxlama keçirib. Bu barədə SİA-ya AQTA-dan məlumat verilib.
Bildirilib ki, baxış zamanı balıq məhsullarının emalı sahəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, temperatur rejiminə əməl edilmədən balıq məhsullarının soyuducudan kənarda saxlanılaraq satışa çıxarıldığı müəyyən edilib.
Eyni zamanda çəlləklərdə duzlaşdırılaraq antisanitar şəraitdə emal olunan kəskin qoxulu, həşəratlarla sirayətlənmiş ümumi çəkisi 740 kq istehlaka yararsız balıq məhsulu aşkarlanıb.
Faktla bağlı istehlaka yararsız balıq məhsullarının satışının qadağan edilməsi və məhv olunmasına dair məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib, nöqsanlar aradan qaldırılanadək balıq məhsullarının emalı sahəsinin fəaliyyəti dayandırılıb, inzibati protokol tərtib olunub və icrası məcburi göstərişlər verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə