...Təxminən altı aylıq körpənizin qida rasionuna yumurta və fıstıq yağı daxil etmək təhlükəli qida allergiyasının inkişaf riskini əhəmiyyətli dərəcədə azalda bilər.
SİA-nın məlumatına görə, bu, avstraliyalı alimlərinin gəldiyi nəticədir.
...Əvvəllər hesab olunurdu ki, potensial allergenlər, xüsusən də ailədə allergiya tarixi varsa, bir yaşa qədər təxirə salınmalıdır. Lakin yeni məlumatlar bunun əksini göstərir: uşaq yumurta və fıstıqları nə qədər tez sınayarsa, orqanizmin onları təhlükə kimi qəbul etmə ehtimalı bir o qədər az olar. Tədqiqatda allergiya riski yüksək ailələrdən olan iki qrup uşaq müqayisə edilib.
Yeni tövsiyələrə görə, bir qrupda yumurta və fıstıq 10 aydan sonra, digərində isə təxminən 6 aydan sonra təqdim edilib. Nəticələr aydın olub: “erkən” qrupda yumurta allergiyası halları 12 faizdən 3 faizə, fıstıq allergiyası isə 6 faizdən 1 faizə düşüb.
Müəlliflər bu tövsiyələrin vaxtında valideynlərə çatdırılmasının xüsusilə vacib olduğunu vurğulayırlar. Ailələr nə qədər çox məlumatlı olsalar, cəmiyyətdə allergiyanın yayılması bir o qədər az olar.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə