...Sağlam pəhrizə keçid gün ərzində yuxusuzluğu aradan qaldırmağa kömək edə bilər.
Yeni tədqiqatın həmmüəllifi, yuxu mütəxəssisi Esra Tasali nəticələrin demək olar ki, dərhal nəzərə çarpdığını qeyd edib.
Kolumbiya və Çikaqo Universitetinin alimləri müəyyən bir pəhrizin cəmi 24 saat ərzində yuxunun keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra biləcəyini sübut edən araşdırma təqdim ediblər.
SİA-nın məlumatına görə, bununla bağlı yazı nüfuzlu Sleep Health elmi jurnalında dərc olunub.
Tədqiqatda bir qrup sağlam gənc xüsusi proqramdan istifadə edərək gündəlik pəhrizlərini bildiriblər və onların yuxu keyfiyyəti bilək monitorları vasitəsilə izlənilib.
Məlumatların təhlili pəhriz və sonrakı gecə istirahəti arasında birbaşa əlaqəni göstərib.
Məlum olub ki, gün ərzində daha çox meyvə, tərəvəz və sağlam karbohidratlar (bütün taxıllar) yeyən iştirakçılar daha dərin və daha az fasiləsiz yuxudan həzz alırlar.
Tədqiqatın həmmüəllifi, yuxu üzrə ekspert Esra Tasali, “...heç bir meyvə olmayan həyat tərzindən gündə beş stəkan meyvədən ibarət həyat tərzinə keçmək yaxşı bir gecə istirahətinin açarı ola bilər. Üstəlik, bu cür əhəmiyyətli dəyişikliklər 24 saatdan az müddətdə müşahidə edilib”,-deyə bildirib.
Tədqiqatçılar əldə etdikləri nəticələrdə müəyyən ediblər ki, gündə beş "stəkan" (hər biri təxminən 250 ml) meyvə və tərəvəz yeyən insanlar, onları yeməyənlərlə müqayisədə yuxu keyfiyyətini 16 faiz yaxşılaşdıra bilirlər.
Müəlliflər vurğulayırlar ki, belə pəhrizə müntəzəm riayət etmək uzunmüddətli sağlam yuxu üçün ən yaxşı strategiyadır.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə