Yanğın tüstüsü ürək çatışmazlığı riskini 1,4 faiz artırır...

Alimlər meşə yanğınlarından çıxan tüstünün yaşlı insanların sağlamlığına necə təsir etdiyini aşkar ediblər. Araşdırmaya görə, tüstüyə məruz qaldıqdan sonra növbəti iki il ərzində ürək çatışmazlığının inkişaf riski 1,4 faiz artır.

SİA-nın məlumatına görə, ABŞ həkimləri aşkar ediblər ki, meşə yanğınlarının tüstüsünə məruz qalma nəticəsində ürək çatışmazlığının inkişaf riski artır.

Amerika Kardiologiya Kollecinin (ACC) mətbuat xidmətinin məlumatına görə, hətta bununla bağlı havada olan aerozolların konsentrasiyasında kiçik bir artım bu riski 1,4 faiz artırır. Onlar vaxtaşırı tibbi müayinədən keçən 59 milyon yaşlı ABŞ sakininin səhhəti ilə bağlı məlumatları təhlil etdikdən sonra bu qənaətə gəliblər.

Daha sonra alimlər süni intellektdən sınaq iştirakçılarının yaşadığı ərazilərdə havanın çirklənmə səviyyəsini qiymətləndirmək üçün istifadə ediblər.

Müəyyən edilib ki, tüstünün ürək-damar sisteminə digər hava çirkliliyinə nisbətən daha güclü və kumulyativ təsiri var.

Bu, tüstüyə məruz qalma ilə ürək xəstəliyi hallarının artması arasında əlaqə olduğunu göstərib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə