Qubada qəzada ölən və yaralananların şəxsiyyəti müəyyənləşib - YENİLƏNİB

İyunun 22-si axşam saatlarında Qubada baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralananların şəxsiyyəti müəyyənləşib. SİA xəbər verir ki, qəza Bakı-Quba yolunun Quba rayonunun Qaraçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Hyundai" və "Opel" markalı minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər ölüb, iki nəfər yaralanıb.

Həlak olanlar 1972-ci il təvəllüdlü Ədalət Tofiq qızı Baxışova və onun bacısı 1974-cü il təvəllüdlü Validə Tofiq qızı Dənyarovadır.

Qəzada xəsarət alan Taleh Sərkərov və Rahim Baxışov isə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

TƏBİB-dən SİA-nın bölgə müxbirinə bildirib ki, Quba rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar olaraq 2 nəfər (kişi cinsli) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

1970-ci il təvəllüdlü şəxsə döş qəfəsinin, qarının küt travması diaqnozu təyin edilib və Reanimasiya şöbəsinə yerləşdirilib.

1995-ci il təvəllüdlü şəxsə isə sol bud sümüyünün yuxarı 3/1 hissəsinin yerdəyişmiş sınığı diaqnozu təyin edilib və zəruri tibbi xidmətlər göstərildikdən sonra Travmatologiya şöbəsinə qəbul olunub.

Həmçinin hadisə zamanı iki nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə