“Xoledoxolitiazın müalicəsi alqoritmi” mövzusunda elmi praktik seminar....

İyunun 21-də Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında “Xoledoxolitiazis müalicə alqoritmi” mövzusunda elmi-praktik seminar təşkil olunub.

Tədbirin məqsədi müasir cərrahiyyə təcrübəsində geniş yayılmış, eyni zamanda, diaqnostika və müalicə baxımından mürəkkəb xəstəliklərdən biri olan xoledoxolitiazisin klinik idarəedilməsi sahəsində rezident-həkimlərin bilik və bacarıqlarının artırılması olub.

Mərkəzi Gömrük Hospitalının Ümumi Cərrahiyyə şöbəsinin rəisi, ümumi cərrah, tibb üzrə fəlsəfə doktoru Namiq Novruzov seminar iştirakçılarına xoledoxolitiazisin yaranma səbəbləri, klinik əlamətləri, müasir diaqnostik yanaşmalar və müalicə prinsipləri haqqında geniş məlumat verib.

Tədbirdə mövzu ətrafında elmi-praktik fikir mübadiləsi aparılıb, klinik praktikada rast gəlinən mürəkkəb hallar müzakirə olunub və konkret pasiyent təcrübələri əsasında effektiv müalicə yanaşmaları ətrafında dialoqlar təşkil edilib. Seminarın interaktiv formatda təşkili iştirakçılara həm nəzəri bilikləri yeniləmək, həm də praktik vərdişlərini təkmilləşdirmək imkanı yaradıb.

Qeyd edək ki, elmi-praktik tədbirlər Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin səhiyyə sahəsində davamlı təhsil, innovativ yanaşmaların tətbiqi və tibbi heyətin peşəkarlığının artırılması istiqamətində həyata keçirdiyi ardıcıl fəaliyyətin mühüm tərkib hissəsidir.

Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Dilarə Zamanova

Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi

Bütün xəbərlər Facebook səhifəmizdə