Bu ilin ilk 5 ayı ərzində Tibbi Ərazi Bölmələrini İdarərtmə Biliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində ümumilikdə 10 milyon 546 min 23 müraciət qeydə alınıb. Onlardan 219 min 180-i stasionar, 10 milyon 326 min 843-ü ambulator olub. SİA xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Quliyev Qobustan Rayon Mərkəzi Xəstəxanasına təşkil edilən mediatur zamanı məlumat verib.
Şöbə müdiri bildirib ki, həmin dövr ərzində vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı 37 milyon 481 min 249 təşkil edib ki, bunlardan 4 milyon 889 min 729-u stasionar, 32 milyon 591 min 520-si ambulator olub.
Elnur Quliyev əlavə edib ki, TƏBİB-in kommunikasiya strategiyasına uyğun olaraq, tabeli tibb müəssisələrində ictimaiyyətlə əlaqələr işi təkmilləşdirilir. Bu istiqamət üzrə işə ixtisaslı kadrlar cəlb olunur, onların bilik və bacarıqlarının artırılması üzrə mütəmadi təlimlər keçirilir, həmçinin mütəxəssislərin fəaliyyəti qiymətləndirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə