Çindən Azərbaycana idxal olunan 50 minə yaxın baytarlıq preparatı məhv edilib - FOTOLAR

Nəzarət tədbirləri çərçivəsində Çindən idxal edilən “Hebei Huabang Biotechnology Co.Ltd”nin istehsalı olan “Yeni Tetravit” əmtəə nişanlı baytarlıq preparatından nümunələr götürülərək müayinələrə cəlb edilib. Bu barədə SİA-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, sınaq nəticəsində məhsul partiyalarında Vitamin A, C, E göstəriciləri üzrə uyğunsuzluq aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul olunaraq 26 min 900 ədəd 100 ml-lik (suspenziya) və 20 min 400 ədəd 10 ml-lik (ampul) baytarlıq preparatı məhv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə