Hamiləlik zamanı antibiotik qəbulu uşaqda piylənməyə səbəb olur...

...Antibiotiklər hamiləlik dövründə fetusa zərər verə biləcəyi üçün xüsusi qayğı ilə təyin edilir.

SİA-nın məlumatına görə, Rusiya Səhiyyə Nazirliyinin profilaktik tibb üzrə baş müstəqil pediatriya mütəxəssisi Leyla Namazova-Baranova hamilə qadının bu qrupun dərmanlarını qəbul etməsinin uzunmüddətli nəticələrindən danışıb. Antibiotiklər hamilə qadınlara xüsusi ehtiyatla təyin edilməlidir.

Qeyd etdiyimiz kimi, bunu Rusiya Səhiyyə Nazirliyinin profilaktik tibb üzrə baş müstəqil pediatriya mütəxəssisi Leyla Namazova-Baranova deyib.

Mütəxəssisin fikrincə, ananın hamiləlik dövründə antibiotik qəbul etməsi uşaqda 1-2 yaşa qədər piylənməyə səbəb ola bilər.

...Antibiotik kimi ciddi yoluxucu vəziyyətlər üçün çox zəruri olan dərmanların mənfi tərəfi var.

Namazova-Baranova deyib bunu.

Bundan əlavə, bir qadın hamiləlik dövründə protein pəhrizindən imtina edərsə, uşaqda piylənmə riski artır. Namazova-Baranova izah edib ki, uşağın həyatının ilk illəri uşağın gələcək sağlamlığının proqramlaşdırılması vaxtıdır. Ona görə də ilk 1000 gün ərzində uşaqların qidalanması məsələsinə xüsusi məsuliyyətlə yanaşılmalıdır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə