“Üst qastrointestinal sistem xəstəliklərinin patohistoloji dəyərləndirilməsi”

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında “Üst qastrointestinal sistem xəstəliklərinin patohistoloji dəyərləndirilməsi” mövzusunda elmi-praktik seminar keçirilib. SİA xəbər verir ki, seminarda Mərkəzi Gömrük Hospitalının Patomorfoloji diaqnostika şöbəsinin patomorfoloqu Müqabil Şıxalıyev "Üst qastrointestinal sistem xəstəliklərinin patohistoloji dəyərləndirilməsi” mövzusunda çıxış edərək üst qastrointestinal sistem patologiyalarının diaqnostik qiymətləndirilməsi, klinik yanaşmalar və laborator təhlillərin rolu ilə bağlı seminar iştirakçılarına ətraflı məlumat verib. Seminarın sonunda Müqabil həkim auditoriyanın suallarını ətraflı cavablandırırıb. Tədbirin əsas məqsədi həkim və rezidentlərə praktik biliklərin ötürülməsi, diaqnostik proseslərin dəqiqləşdirilməsi və müasir yanaşmaların müzakirə edilməsidir.

Qeyd etmək lazımdır ki, Mərkəzi Gömrük Hospitalında rezidentlərin peşəkar inkişafına geniş imkanlar yaradılıb. Hospitalda rezidentlər üçün yüksək ixtisaslı mütəxəssislər tərəfindən təlimlər keçirilir, real klinik mühitdə biliklərini tətbiq etmək və praktiki bacarıqlarını inkişaf etdirmək üçün geniş imkanlar yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə