1480-dən çox ilkin hemodializ xidməti göstərilib

Ötən il ərzində kəskin və xroniki böyrək çatışmazlığı olan vətəndaşlara icbari tibbi sığorta hesabına 1480-dən çox ilkin hemodializ seansı icra olunub. SİA xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.

Məlumata əsasən, ötən il hemodializin həyata keçirilməsi məqsədilə icbari tibbi sığorta hesabına 1095 pasiyentə qalıcı venoz kateter yerləşdirilib. Həmçinin xroniki böyrək çatışmazlığı olan pasiyentlərə 567 arterio-venoz fistul əməliyyatı icra olunub.

Qeyd edək ki, proqramlı hemodializ üçün isə vətəndaşlar “Xroniki böyrək çatışmazlığından əziyyət çəkən şəxslərə tibbi xidmətlərin (hemodializ, periton dializi) təşkili və təkmilləşdirilməsinə dair Komissiya”sında qeydiyyata düşməlidirlər.
Komissiyada qeydiyyata düşməzdən əvvəl vətəndaşa göstərilən ilkin hemodializ xidməti icbari tibbi sığorta hesabına qarşılanır.

Bütün xəbərlər Facebook səhifəmizdə