Arterial Hipertenziya: Səssiz təhlükənin diaqnozu necə qoyulur?

Arterial hipertenziya (yüksək qan təzyiqi) dünyada ən geniş yayılmış, lakin çox zaman gizli şəkildə irəliləyən sağlamlıq problemlərindən biridir. SİA xəbər verir ki, bu səssiz təhlükə vaxtında aşkarlanmadıqda ürək, beyin və böyrəklər başda olmaqla bir çox həyati orqanda geri dönməz fəsadlara səbəb ola bilər.

Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin həkimi-kardioloqu Günay Məmmədova “Arterial pritenziya diaqnozu necə qoyulur?” mövzusunda ətraflı məlumat verərək, bu ciddi xəstəliyin diaqnostikasında istifadə olunan müasir üsullardan və erkən mərhələdə aşkarlanmasının vacibliyindən danışıb.

Dr. Günay Məmmədova bildirir ki, arterial təzyiqin düzgün ölçülməsi, təkrarlanan müayinələr, ambulator monitorinq və risk faktorlarının qiymətləndirilməsi dəqiq diaqnoz üçün əsas şərtlərdir. O, həmçinin xəstəliyin ilkin mərhələlərində rast gəlinən əlamətləri və diqqət edilməli məqamları da izah edir.

Müsahibəni Mərkəzi Gömrük Hospitalının youtube kanalında izləyə bilərsiniz:
https://youtu.be/NcD2fwuM1O0

Dr.Günay Məmmədova Mərkəzi Gömrük Hospitalında EKQ, holter monitorinqi, fiziki yük sınağı, exokardioqrafiya, transezofageal EXO, stress exokardioqrafiya, ambulator qan təzyiqi monitorizasiyası ilə pasiyentləri müayinə edir və bütün növ ürək-damar xəstəliklərinin müalicəsini həyata keçirir. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/gunay-mammadova/. Günay həkimin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə