...Xoruldayan və obstruktiv yuxu apnesi olan insanlarda ağciyər xərçənginə tutulma riski artır.
SİA xəbər verir ki, bu barədə amerikalı alimlərin araşdırmasının nəticələrinə istinadən Daily Mail məlumat yayıb. Həmin məlumatda deyilir ki, “...bu, insanların yatarkən aldığı oksigen çatışmazlığı, həmçinin siqaret və piylənmə kimi həyat tərzi faktorları ilə bağlı ola bilər. Dünyada təxminən bir milyard insanı təsir edən obstruktiv yuxu apnesi yuxu zamanı boğaz divarlarının rahatlamasına və daralmasına səbəb olur ki, bu da nəfəs almada fasilələrə və yüksək səslə xoruldamaya səbəb olur. Tədqiqatın müəlliflərindən biri və Marşall Universitetinin həkimi Covan Əl-Nusair bu kəşfin xəstəliklə ağciyər xərçəngi arasında əlaqəni təsdiqləyən ilk statistik əhəmiyyətli tədqiqatlardan biri olduğunu bildirib.
Statistikaya görə, hər beş xəstədən dördü (ağciyər xərçəngindən əziyyət çəkir-A.B.) beş il ərzində ölür.
İnsanların 10 faizdən az hissəsi bu xəstəliklə on ildən çox yaşayır.
Qeyd etdiyimiz kimi bunu nəşr yazır.
Alimlər çoxdan müəyyən ediblər ki, siqaret ağciyər xərçənginin inkişafı üçün əsas risk faktorudur. Lakin son vaxtlar heç vaxt siqaret çəkməyən gənc və sağlam insanlar arasında bu xəstəliyə tutulma halları artmaqdadır.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə