D vitamininin qocalma ilə mübarizədə faydası sübut edildi..?

...Alimlər D vitamininin qocalma ilə mübarizədə təsirli bir üsul ola biləcəyini aşkar ediblər.

Və üstəlik, bu balıq yağından da daha təsirlidır...

SİA-nın məlumatına görə, müntəzəm olaraq D vitamini qəbul edən insanların bioloji yaşlarının faktiki yaşlarından üç il az olduğu ortaya çıxıb.

...Və beləliklə, alimlər D vitamininin qocalma prosesi ilə mübarizədə balıq yağından daha təsirli olduğunu bəyan ediblər.

Bu, vitaminin telomerlərə - DNT-nin bütövlüyünün qorunmasında mühüm rol oynayan xromosomların uclarında qoruyucu nahiyələrə təsirinin öyrənilməsi üzrə eksperiment zamanı aşkar edilib.

Yaşla telomerlərin qısaldığı məlumdur. Bu da öz növbəsində xroniki xəstəliklərin inkişafına və orqanizmin ümumi qocalmasına səbəb olur.

Bununla belə, D vitamininin təsiri altında telomerlərin qısaldılması prosesi yavaşlayır.

...Alimlər aydınlaşdırıblar ki, D3 vitamininin gündə 2000 IU dozada qəbulu ilə nəzərəçarpacaq nəticələr əldə etmək olar.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə