Biləsuvarda yol qəzasında yaralananların son durumu açıqlanıb - YENİLƏNİB
Biləsuvarda bu gün saat 15:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alanlardan iki kişi, bir qadın Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Bu barədə SİA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Məlumata görə, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
Hazırda hər birinin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB