...Braziliyada tədqiqatçılar yuxu pozğunluğu ilə müəyyən şəxsiyyət xüsusiyyətləri arasında korrelyasiya tapıblar. Tədqiqat çərçivəsində alimlər iki qrup subyekti müşahidə ediblər: yuxu problemi yaşamayanlar və yuxusuzluqdan şikayət edənlər.
SİA-nın məlumatına görə, təhlildə 600-ə yaxın insan iştirak edib.
Bütün könüllülər şəxsi keyfiyyətlərin qiymətləndirilməsinə yönəlmiş psixoloji testlərdən keçiblər. Bu, yuxusuzluqdan əziyyət çəkən insanların təxminən 62 faizinin nevrotizmin yüksək səviyyələrini nümayiş etdirdiyini ortaya qoydu. Sağlam insanlar qrupunda nevrotiklərin faizi 30 faiz aşağı idi. Mütəxəssislər bunun yuxusuzluğun inkişafına kömək edən mühüm amil ola biləcəyini irəli sürüblər.
Nevrotiklik dərəcəsi yüksək olan insanlar neqativ düşüncəyə meyllidirlər, onlar tez-tez xoşagəlməz düşüncələrdə ilişib qalırlar ki, bu da yuxunun pozulmasına gətirib çıxarır.
Journal of Sleep Research-də dərc edilən araşdırma, yeni təcrübələrə açıq olmamağın da yuxu problemləri riskinin artması ilə əlaqəli olduğunu tapdı.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə