Mərkəzi Gömrük Hospitalının Ümumi Cərrahiyyə şöbəsinin müdiri, tanınmış ümumi cərrah, t.ü.f.d. Dr. Namiq Novruzov tərəfindən laparoskopik qasıq yırtığı əməliyyatı olunan pasiyent Hüseyn Quliyev göstərilən yüksək səviyyəli tibbi xidmət, diqqət və qayğıya görə təşəkkürünü bildirib. SİA xəbər verir ki, Hüseyn Quliyev pasiyentlər üçün yaradılmış şəraitə görə ilk növbədə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədova, Mərkəzi Gömrük Hospitalının Rəisi- baş həkimi, t.e.d. Bəxtiyar Musayevə, ümumi cərrah Namiq Novruzova,eləcə də əməliyyat və müalicə prosesi boyunca yanında olan peşəkar və səmimi tibb personalına dərin minnətdarlığını ifadə edib.
Pasiyent Mərkəzi Gömrük Hospitalında yaradılmış şəraitin, müasir tibbi texnologiyaların və tibb personalının xidmətinin onun tez bir zamanda sağlamlığına qovuşmasında mühüm rol oynadığını vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə