Alimlər plastikin tərkibini tədqiq edərək, onun tərkibində ürək sağlamlığına mənfi təsir göstərən zəhərli maddənin olduğunu müəyyən ediblər.
Bu, ürək-damar xəstəliklərindən 350 min insanın ölümünə səbəb olub.
SİA-nın əldə etdiyi məlumata görə, plastikin tərkibində ürək sağlamlığına mənfi təsir göstərən təhlükəli maddə var.
Bu, onun tərkibini tədqiq edən alimlərin gəldiyi nəticələrdir. Söhbət di(2-etilheksil) ftalatdan (DEHP) gedir.
Ftalatlar şampunlarda, losyonlarda, qida qablaşdırmalarında və tibbi ləvazimatlarda da olan bir qrup maddələrdir.
Alimlər hesab edirlər ki, plastikdə tapılan ftalatlar 2018-ci ildə ürək-damar xəstəliklərindən 350 min insanın ölümünə səbəb ola bilərdi.
eBioMedicine-in məlumatına görə, bu ölümlərin 75 faizi Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya və Sakit okean regionu ölkələrində qeydə alınıb.
Alimlər indi digər ftalat növlərinin bədənə necə təsir etdiyini anlamaq üçün tədqiq etməyə davam edirlər.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə