Dr. İsmayıl Əfəndiyev “Narkotik vasitələr və psixotrop maddələr: müasir dünyanın qlobal çağırışı” mövzusunda təlim keçirib
15 may 2025-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent, həkim-toksikoloq Dr. İsmayıl Əfəndiyev Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində gömrük əməkdaşları üçün “Narkotik vasitələr və psixotrop maddələr: müasir dünyanın qlobal çağırışı” mövzusunda növbəti təlim keçirib. Təlimdə Dövlət Gömrük Komitəsinin aidiyyəti struktur bölmələrinin əməkdaşları iştirak ediblər. Təlim çərçivəsində Dr. İsmayıl Əfəndiyev narkotik vasitələrin və psixotrop maddələrin istifadəsinin insan orqanizmində yaratdığı ciddi təhlükələr, bu maddələrin istifadəçilərində müşahidə olunan xarakterik davranış və fizioloji əlamətlər barədə ətraflı məlumat verib. Təlim iştirakçıları gömrük-keçid məntəqələrində bu tip halların aşkar edilməsi üçün vacib nəzəri və praktiki bilikləri tədris ediblər. Təlimin sonunda Dr.İsmayıl Əfəndiyev mövzu ilə bağlı gömrük əməkdaşlarını maraqlandıran çoxsaylı sualları ətraflı şəkildə cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə