Rezidentura təhsilində 56 ixtisas üzrə həkim hazırlığı davam edir - NAZİR

2011-ci ildən etibarən Azərbaycanda ali tibb təhsilinin rezidentura səviyyəsi tətbiq olunur və hazırda 56 ixtisas üzrə həkim-mütəxəssislərin hazırlanması həyata keçirilir. SİA xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev parlamentin bugünkü plenar iclasında Əmək Məcəlləsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, rezidentura təhsil proqramlarının müddəti ixtisasdan asılı olaraq 2 ildən 5 ilə qədər dəyişir:

“Nazirlər Kabinetinin 2013-cü il 21 noyabr tarixli qərarına əsasən, dövlət sifarişi ilə rezidentura təhsili alan şəxslər 3 il müddətində Səhiyyə Nazirliyinin göndərişi ilə dövlət səhiyyə müəssisələrində fəaliyyət göstərməlidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə