“Həkimlərimizi tanıyın!” rubrikasında bu dəfə Sizə Mərkəzi Gömrük Hospitalının Nefrologiya və Efferent Terapiya şöbəsinin rəisi, pasiyentlərə daim yüksək peşəkarlıq və xüsusi həssaslıqla yanaşan nefroloq Dr. Mirmənsim Məmmədovu təqdim edirik. SİA xəbər verir ki, dr. Mirmənsim Məmmədov Mərkəzi Gömrük Hospitalında nefroloji və böyrək transplantasiyası olmuş xəstələrin polikilnik və stasionar müalicəsini, hemodializ kateterinin qoyulmasını, daimi hemodializ kateterinin qoyulmasını, kəskin və xroniki böyrək çatışmazlığında hemodializ, hemofiltrasiya, izolyasiya olunmuş ultrafiltrasiya, membran plazmafarez və böyrəklərin incə iynə ilə biopsiyası prosedurlarını həyata keçirir. Dr. Mirmənsim Məmmədov göstərdiyi xidmətlərlə pasiyentlər arasında dərin etimad qazanmış, öz sahəsində peşəkar bir mütəxəssisdir. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/mirmensim-memmedov/#
Dr.Mirmənsim Məmmədov 2008-ci ildə Azərbaycan Tibb Universitetini bitirmiş, 2008-2009-cu illərdə Mərkəzi Dəmiryol xəstəxanasında internatura keçmişdir. O, 2011-2013-cü illərdə dövlət tibb müəssisəsində həkim-nefroloq kimi çalışmışdır. Dr.Mirmənsim Məmmədov 2013-cü ildən Mərkəzi Gömrük Hospitalında nefroloq, 2018-ci ildən isə Hospitalın Nefrologiya və Efferent terapiya şöbəsinin rəisi kimi fəaliyyət göstərir. Daim öz bilik və bacarıqlarını artıran, özünə qarşı çox tələbkar olan yüksəkixtisaslı mütəxəssisdir.
Dr.Mirmənsim Məmmədov müxtəlif illərdə xarici ölkələrdə təşkil olunan təkmilləşdirmə kurslarında, beynəlxalq konqreslərdə iştirak etmişdir. Belə ki, 2009-2011-ci illərdə Türkiyə 9 Eylül Universitetinin nefrologiya kafedrasında, 2015-ci ildə Türkiyənin Akdeniz Univerisitetinin Orqan Transplantasiyası Mərkəzində təkmilləşdirmə kursları keçmişdir. O, 2015-ci ildə Türkiyənin Ankara şəhərində XII Beynəlxalq İntensiv Terapiya konqresində və 2018-ci ildə Antalyanın Belek şəhərində Beynəlxalq nefroloji, hipertoniya, dializ və transplantasiya konqresində iştirak etmişdir.
Dr.Mirmənsim Məmmədov 2019-cu ilin aprel ayında Türkiyənin Ankara şəhərində yerləşən Ankara Tibb Universitetinin Pediatriya xəstəxanasında "Uşaqlarda kəskin və xroniki böyrək çatışmazlığı zamanı peritoneal dializ" mövzusunda təkmilləşdirmə kursunda, həmin ilin oktyabr ayında Türkiyənin Malatya şəhərində yerləşən İnönü Universitetinin Qaraciyər Transplantasiya İnstitutunda hepatorenal sindromlu xəstələrdə ekstrakarporal müalicə üzrə təkmilləşdirmə kursunda, 2022-ci ildə Türkiyə Hipertoniya və Böyrək Xəstəlikləri Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən XXIV Milli Hipertoniya və Böyrək Xəstəlikləri Konqresində iştirak etmiş, 2023-cü ildə tarixində Ümumdünya Böyrək Gününə həsr edilmiş "Böyrək xəstəliklərinə multidissiplinar yanaşma" mövzusunda keçirilən Elmi Konfransda "Diabetik nefropatiya" mövzusunda çıxış edib.
Mirmənsim həkim 10 mart 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, Akademik M. Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxana PHŞ-nin, Azərbaycan Nefroloqlar Cəmiyyətinin, Nefrologiyanın İnkişafına Yardım İctimai Birliyinin və “EGİS Pharmaceuticals PLC” şirkətinin ölkə nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən "Nefrologiyanın aktual problemləri" Elmi Konfransında “Diabetik nefropatiya: SGLT2 inhibitorları” mövzusunda təqdimatla çıxış edib. Həmçinin, 2022-ci ildə ilk dəfə nefrologiya üzrə registr hesabatı aparıb. O, hazırda araşdırmanı davam etdirir.
Dr.Mirmənsim Məmmədovun qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.
Bütün xəbərlər Facebook səhifəmizdə