Çox yatmaq insult və diabetə səbəb ola bilər...
...Həkim onu da qeyd edib ki, çox uzun yuxudan sonra enerji çatışmazlığı bəzi xəstəliklərin əlamətidir. Bu vəziyyətdə diaqnozlardan biri depressiya ola bilər.
Beləliklə, SİA-nın nevroloqdan əldə etdiyi məlumata görə, gündə 10 saatdan çox yatmaq sağlamlığa zərər verə bilər.
Bu, insult, şəkərli diabet və nəhayət, vaxtından əvvəl ölüm riskini artırır.
Həmçinin çox uzun yatmaq xəstəliyin əlaməti ola bilər.
Həkimin dediyinə görə, gecə 10-12 saat yatmaq hipotiroidizm və ya depressiya əlaməti ola bilər.
Əgər belə uzun istirahətdən sonra özünüzü enerjili hiss etmirsinizsə, həkimə müraciət etməyiniz məsləhətdir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə