...Alimlər ömrü uzadan dərman yaratmağa çalışırlar. Onlar öz inkişaflarında irəliləyişə nail oldular. SİA-nın məlumatına görə, artıq siçanların ömrünü 20 faiz artıran dərman yaradılıb.
Alimlər onilliklərdir ki, ömrü uzadan dərman yaratmağa çalışırlar.
Nəhayət, tədqiqatlarında irəliləyiş əldə edə biliblər.
Məlum olub ki, tədqiqatçılar “XYZ” işçi adı altında dərman hazırlayıblar və onun tətbiqi laboratoriya siçanlarının ömrünü 20 faiz uzadıb.
Dərman yaşlanma prosesini yavaşlatan bir təsirə malikdir. Bədəndə yaşa bağlı müxtəlif dəyişikliklərə təsir edir, iltihabı azaldır, oksidləşdirici stressi azaldır və DNT zədələnməsinin qarşısını alır.
Sağlamlığın yaxşılaşması səbəbindən ömrün uzadılması da baş verir. Siçanlar ürək-damar və sinir sisteminin fəaliyyətində əhəmiyyətli irəliləyişlər göstəriblər.
...NewsInfo.ru xəbər verir ki, dərmanın insanlar tərəfindən istifadə edildiyi zaman eyni effekti verib-verməyəcəyini alimlər hələ öyrənə bilməyiblər.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə