...Çin alimləri genetik məlumatlar əsasında insan üzünün 3D şəklini yenidən yaratmağı öyrəniblər.
SİA-nın məlumatına görə, bununla bağlı yazı Advanced Science jurnalında təqdim olunub.
Modelə “Difface” adı verilib. O, DNT-nin ayrı-ayrı hissələrini təhlil edir və onları nöqtə buludları adlanan üzün rəqəmsal 3D modelləri ilə müqayisə edir.
Alqoritm, Han Çinli fərdlərinin təxminən 10.000 cüt genetik və 3D məlumatından istifadə etməklə öyrədilib.
Sistem yüksək dəqiqlik nümayiş etdirib.
Cins, yaş və bədən kütləsi indeksi haqqında məlumatların əlavə edilməsi nəticələri yaxşılaşdırıb. Tədqiqatın müəlliflərindən biri, Çin Elmlər Akademiyasından Luonan Çenin sözlərinə görə, “Difface” yalnız DNT-dən üzü rekonstruksiya etmir, həm də onun zamanla necə dəyişəcəyini proqnozlaşdıra bilir. İnkişaf məhkəmə tibb elmində faydalı ola bilər - cinayət yerində tapılan DNT-yə əsaslanan təsvirləri tərtib etmək üçün…
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə