Naxçıvanda “Heydər Əliyev irsinə sağlam töhfə” adlı tibbi aksiya təşkil olunub - FOTOLAR

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “Heydər Əliyev irsinə sağlam töhfə” adlı tibbi aksiya keçirilib. SİA xəbər verir ki, aksiya çərçivəsində Türkiyə Respublikasından dəvət olunmuş peşəkar uzman-həkimlərin iştirakı ilə vətəndaşlara ixtisaslaşdırılmış tibbi xidmətlər göstərilib. Aksiya zamanı Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov həkimlərlə görüş keçirib, onların fəaliyyətini yüksək qiymətləndirib, əməkdaşlığın əhəmiyyətini vurğulayıb və gələcəkdə bu kimi təşəbbüslərin davam etdirilməsinin vacibliyini bildirib.

Tibbi aksiya çərçivəsində 650-dən çox vətəndaş müxtəlif ixtisaslar üzrə müayinə olunub, onlara müvafiq tibbi məsləhətlər və müalicə təklif olunub. Aksiya əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərə çıxış imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Bütün xəbərlər Facebook səhifəmizdə