...Elm adamları ilan sancmasından insanların həyatını xilas edə biləcək antidotu sınaqdan keçirməyə başlayıblar. Dərman insan qanı və iki kiçik molekul inhibitorundan istifadə edilməklə hazırlanıb.
SİA-nın məlumatına görə, alimlər ilanların sancması zamanı insanların həyatını xilas etməyə kömək edəcək unikal antidot tapmağa çalışırlar. Tədqiqatçılar iki kiçik molekullu inhibitoru və insan anticisimlərini birləşdirən üç komponentli dərman hazırladıqları üçün işlərində əhəmiyyətli irəliləyiş əldə etdiklərinə inanırlar.
Dərman artıq siçanlar üzərində sınaqdan keçirilib və qara mamba, pələng ilanı və kral kobrasının zəhərinə qarşı effektivliyini göstərib.
Dərmanın unikallığı ondan ibarətdir ki, o, 18 il ərzində müxtəlif ilanlar tərəfindən dişlənmiş və buna görə də onların zəhərinə qarşı immunitet formalaşmış donorun qanından istifadə edilərək yaradılmışdır.
O, ən yüksək zəhərli ilanların 16 növünün zəhərinin artan dozaları ilə özünü immunizasiya həyata keçirib.
Alimlər onun qanından 19 ən zəhərli ilan növünün əsas neyrotoksik maddələrinə neyrobioloji cəhətdən uyğun gələn antikorlar ayırdılar. Nəticədə, elm adamları indi 13 növ ilana qarşı tam və qalanlarına qarşı qismən müdafiəni təmin edən antidot kokteyli hazırlamaqdan danışa bilərlər.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə