MGH-nin uşaq cərrahiyyəsində ixtisaslaşmış tibbi xidmət göstərilir - FOTOLAR
Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsində 0–18 yaş arası uşaqlarda geniş spektrli cərrahi müdaxilələr müasir tibbi protokollara uyğun şəkildə həyata keçirilir. SİA xəbər verir ki, şöbənin əsas fəaliyyət istiqamətlərinə boyun, döş qəfəsi, qarın boşluğu və anadangəlmə uroloji qüsurların cərrahi müalicəsi daxildir. Bölmədə endoskopik və radioloji diaqnostik metodlardan geniş şəkildə istifadə olunur. Bunlara endoskopiya, qastroskopiya, ezofaqoskopiya, bronxoskopiya, kolonoskopiya, həmçinin sistoqrafiya və bağırsaq-qida borusu rentgenoloji müayinələri daxildir.
Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi, Avropa Uşaq Cərrahları Assosiasiyasının üzvü, uzman uşaq cərrahı Vüsal Cəfərov və uşaq cərrahı Dr.Toğrul Piriyev tərəfindən nadir və mürəkkəb anadangəlmə inkişaf qüsurlarının – qida borusu atreziyası, sidik kanalının darlığı, kloaka anomaliyası, bağırsaq atreziyası, omfalosel və sidik kisəsinin ekstrofiyası kimi patologiyaların açıq və laparoskopik üsullarla uğurla müalicəsi həyata keçirilir.
Yenidoğulmuşlarda icra olunan əsas əməliyyat və müalicələr:
• Qida borusu və bağırsaqların atreziyası;
• Anusun atreziyası;
• Qarın içi kistaların cərrahi müalicəsi;
• Böyrəklərin və sidik yollarının anadangəlmə inkişaf qüsurları;
• Sidik kanalının darlığı və epispadiya;
• Kriptorxizm;
• Ağciyərlərin anadangəlmə kistik xəstəlikləri;
• Qaraciyər, öd yolları, öd kisəsi, mədəaltı vəzi, dalaq və digər orqanlara aid cərrahi patologiyalar;
Fəxrlə bildiririk ki, sidik axarının laparoskopik refluks əməliyyatı ölkəmizdə ilk dəfə məhz Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsində uğurla həyata keçirilmişdir.
Şöbə yalnız cərrahi xəstəliklərlə deyil, bəzi uroloji və qastroenteroloji problemlərin də müalicəsində yüksək ixtisaslı tibbi xidmət təqdim edir. Bunlara aşağıdakılar daxildir:
• Xroniki qəbizlik
• Anal fistulalar və abseslər
• Qastroezofageal reflüks xəstəliyi
• Sidik və nəcis qaçırma problemləri
Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsi valideynlərə və kiçik pasiyentlərə multidissiplinar, keyfiyyətli və etibarlı tibbi xidmət göstərməyi əsas məqsəd olaraq qəbul edir.
Mərkəzi Gömrük Hospitalının
PR mütəxəssisi Dilarə Zamanova
Bütün xəbərlər Facebook səhifəmizdə