...Bu yaxınlarda aparılan elmi araşdırma, qəfil ürək dayanması ilə əlaqəli 56 qeyri-klinik risk faktorunu aşkar edib.
SİA-nın məlumatına görə, bu amillərə həyat tərzi, fiziki sağlamlıq, psixoloji vəziyyət, sosial-iqtisadi vəziyyət və ətraf mühit şəraiti daxildir.
Bu amillərin düzəldilməsi ani ürək ölümü hallarının 63 faizə qədərinin qarşısını ala bilər.
Qeyd edək ki, bununla bağlı nəticələr “Canadian Journal of Cardiology” jurnalında dərc olunub.
Risk faktorlarının ən zərərli üçdə birini aradan qaldırmaq potensial olaraq halların 40 faizinin qarşısını ala bilər və üçdə ikisinin düzəldilməsi halların 65 faizə qədərinin qarşısını ala bilər.
Bundan əlavə, müəyyən edilmişdir ki, qida rasionuna meyvə əlavə etmək, qan təzyiqinə nəzarət etmək, nikbin əhval-ruhiyyəni saxlamaq, çəkiyə nəzarət etmək və təhsil səviyyəsini yüksəltmək effektiv profilaktik tədbirlər kimi çıxış edə bilər.
Qəfil ölüm riskinə təsir edən dəyişdirilə bilən amillərin müəyyən edilməsi bu təhlükənin qarşısının alınması üçün vacibdir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə