Saç boyalarının ziyanları nələrdir? - STİLİST AÇIQLADI

Saç insanın gözəlliyidir. Bəzi qadınlar qısa saç sevirlər, bəzi qadınlar isə uzun saçları sevirlər. Formasından asılı olmayaraq qadınlar hər zaman istəyirlər ki, saçları parlaq, işıltılı və sağlam olsun. Bunun üçün də saça müxtəlif maskalar qoyurlar, müxtəlif vasitələrlə yuyurlar, biz sözlə saçlarına qulluq edirlər. Dəblə ayaqlaşan xanımlar saçlarını fərqli-fərqli formaya salır, müxtəlif boyalardan istifadə edirlər. Bəs görəsən saçımıza hansı boyalardan istifadə etsək saçımızın keyfiyyəti itməz?

Məsələ ilə bağlı stilist Günay Salmanova SİA-ya açıqlamasında isə bunları deyib: "Mütəmadi olaraq saçlarını boyayan xanımlar daima keyfiyyətli və tərkibləri nəmləndirici olan maskalara üz tutmalıdırlar. “Schwarzkoph” firmasının, “Loreal” firmasının, “Majirel” firmasının saç boyaları çox keyfiyyətlidir. Hər birinin tərkibləri yağlarla zənginləşdirilmiş boyalardır. Saç baxımı zamanı keyfiyyətli və nəmləndirici maskalardan istifadə etməlidirlər. Bu saç baxımları ona görədir ki, saçlarımızı boyadığımız zaman artıq saçlarımız təbii strukturasından çıxır və dəyişir. Onlar əvvəlki keyfiyyətlərini itirirlər. Ona görə daim maskalarla və ya digər vasitələrlə saçlarımıza qulluq etməliyik ki, saçlarımız canlansın, keyfiyyətlərini itirməsinlər. Baxımlar etmədiyimiz hallarda yalnız saç boyalarından, açıcılardan istifadə ediriksə və bundan əlavə də saçımızı tez-tez uklatka ediriksə saçlar çox ciddi kimyəvi təsirə məruz qalırlar. Bu zaman da saçlarımız yanır, zədələnir. Daima boyadığımız saçları saça qulluq vasitələri ilə bol-bol nəmləndiririk ki, saçlarımızın PH balansı pozulmasın, saçlarımız daim nəm və parlaq olsun.

Bəzi valideynlər uşaqları istəyir deyə saçlarını boyadırlar. Lakin mən bunun əleyhinəyəm. Bu düzgün deyil, çünki uşaqda böyümə prosesi getdiyi üçün, uşaqda daima dəyişgənliklər olduğu üçün kimyəvi məhsulların uşaqlara ziyanları çoxdur. Hal-hazırda hər kəs tərkibi təbii otlarla zəngin olan boyalardan istifadə edirlər və bu boyalar digərlərinə görə daha zərərsizdir. Onu da qeyd edim ki, ev şəraitində saç boyamanın bir sıra fəsadları ola bilər. Ona görə də evdə boyamağın əleyhinəyəm. Çünki boya zamanı allergik reaksiya verə bilər. Boyanı saçda 3 saatdan çox saxlayıb saçını yandıra bilər, baş dərisinə ziyan vura bilər. Yəni bu kimi problemlərlə qarşı-qarşıya qalma ehtimalları 90 faizdən çoxdur”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...