6 nəfər xəsarət alıb BAŞ VERƏN QƏZADA

Bolqarıstanda yerli müəssisənin işçilərini daşıyan mikroavtobusun iştirakı ilə baş verən qəzada 6 nəfər xəsarət alıb. SİA xəbər verir ki, bu barədə yerli "NOVA" nəşri məlumat yayıb.

Məlumata görə, qəza ölkənin şimal-şərqindəki Ruse şəhəri yaxınlığında baş verib.

Ruse polisinin mətbuat xidmətinin məlumatına görə, insident salonunda 12 nəfərin olduğu mikroavtobusun yoldan çıxaraq aşması ilə nəticələnib. Bildirilir ki, altı zərərçəkən xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbləri araşdırılır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə