Narkotiklə məşğul olan şəxslər tutuldu

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini S.Əliyevə məxsus avtomobilə baxış zamanı 1,935 kq heroin, 462 qrama yaxın tiryək və 985 qr metamfetamin aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Cəlilabad RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında Qarazəncir kəndi ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən “VAZ-21015” markalı avtomobilin sürücüsü Bakı şəhər sakini S.Əliyev və sərnişinləri - Yevlax rayon sakinləri R.Quluoğlu, əvvəllər məhkum olunmuş N.Novruzov və Ağdaş rayon sakini O.Mehdizadə saxlanılıbılar.

S.Əliyevə məxsus avtomobilə baxış zamanı oradan 1 kiloqram 935 qram heroin, 462 qrama yaxın tiryək və 985 qram metamfetamin aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...