Biləsuvar rayonunda baş verən avtomobil qəzasında ölənlərin şəxsiyyəti məlum olub.
SİA xəbər verir ki, 1986-cı il təvəllüdlü Tacəddin Yusifovun idarə etdiyi "Toyota" markalı avtomobil rayonun Səmədabad kəndi ərazisində idarəetmədən çıxaraq aşıb.
Hadisə nəticəsində sürücü T.Yusifov və sərnişin, 1966-cı il təvəllüdlü Tovuz Axundova hadisə yerində ölüb. Avtomobildə olan digər üç nəfər isə xəsarət alıb. Onlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Qeyd edək ki, avtomobildə olanlar bir ailənin üzvləridir.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB