Müəyyən olunmayan yerlərdə ötməyə cəhd göstərmək toqquşma riskini kəskin artırır - BDYPİ
Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin əsas şərtlərindən biri ötmə qaydalarına riayət olunmasıdır. Ötmə əməliyyatı yalnız icazə verilən, təhlükəsiz və görünüş məsafəsinin aydın olduğu yerlərdə həyata keçirilməlidir. Lakin müşahidələr göstərir ki, bəzi sürücülər bu tələbləri nəzərə almadan müəyyən olunmayan yerlərdə ötməyə cəhd göstərirlər. Belə hallarda qarşıdan gələn nəqliyyat vasitələri ilə toqquşma riski kəskin artır və nəticədə çox zaman faciəvi hadisələr baş verir. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) SİA-ya verilən məlumatda bildirilib.
“Unutmaq olmaz ki, yol nişanları və xətlənmələr təsadüfən tətbiq edilmir, onların hər biri hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək, qəza riskini azaltmaq və insan həyatını qorumaq məqsədi daşıyır. Müəyyən olunmayan yerdən ötmə təkcə inzibati qayda pozuntusu deyil, həm də digər hərəkət iştirakçılarının həyatına ciddi təhlükə yaradan məsuliyyətsiz davranışdır”, - deyə məlumatda vurğulanıb.
BDYPİ bir daha sürücülərin diqqətinə çatdırır ki, ötmə əməliyyatı yalnız qarşıdan gələn nəqliyyat vasitəsinin olmadığı, görünüş məsafəsinin kifayət qədər aydın göründüyü və manevrin təhlükəsiz başa çatdırılmasının mümkün olduğu hallarda, eləcə də qanunla qadağan edilməyən yol sahələrində həyata keçirilməlidir. “Unutmayaq, təhlükəsiz hərəkət qaydalara əməl etməklə mümkündür!”, - deyə məlumatda qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB