Oğuzda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub

Oğuz rayonunun Top kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib. DİN-in mətbuat xidmətinin regional qrupundan SİA-ya bildirilib ki, araşdırmalarla yanğının rayon sakini T.Məmmədli tərəfindən törədildiyi məlum olub.

Hadisə nəticəsində 2 hektar əkin sahəsi yanıb. Həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə